Brendan Rocersdən koronavirus etirafı
- 30 May 2020 12:21
- 659
İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Brendan Rocers də koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında məlumat verib.
47 yaşlı mütəxəssis xəstəliyin yenicə yayıldığı vaxt bu virusa yoluxduğunu və bir müddət sonra sağaldığını bəyan edib:
“Çempionatlar dayandırılandan az sonra mən və həyat yoldaşım xəstəliyə yaxalandıq. Bir həftədən sonra daha çox zorlanmağa başladıq. Qoxu və dad hissini itirmişdim. Özümü çox gücsüz hiss edirdim. Yeriməkdə belə çətinlik çəkirdim”.
Qeyd edək ki, martdan etibarən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-dən etibarən bərpa olunacaq. “Lester Siti” hazırda 53 xalla 3-cü pillədə qərarlaşıb.