Almaniyalı futbol mütəxəssisi Berti Foqts bir müddət Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Rekord.az xəbər verir ki, ayda 150 min avro maaş alan cənab Foqts uğursuz fəaliyyətinə görə dəfələrlə tənqid, hətta təhqir olunub.

"The Daily Mirror" qəzetində gördüm. 2011-ci ildə mətbuat konfransı keçirən Berti Foqtsa tərəf Azərbaycan jurnalistləri bir rulon tualet kağızı atıblar. Bunla da ürəyi soyumayan jurnalistlər baş məşqçiyə içinə su doldurulmuş aftafa “bağışlayib”lar.

Britaniya nəşri öz oxucularına başa salmağa çalışır ki, aftafa müsəlman ölkələrində hansı məqsədlə istifadə olunur...

Bütün bunlara baxmayaraq, Berti Foqts 2014-ci ilə kimi Azərbaycanın milli futbol komandasına rəhbərlik edib. Yalnız Azərbaycan millisi Xorvatiyaya 0:6 hesabı ilə uduzduqdan sonra onu Almaniyaya yola saldılar...