"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasında yeni rekord müəyyənləşdirib.


Rekord.az xəbər verir ki, o, buna 1/8 final mərhələsinin "Real Sosyedad"la cavab oyununda (4:1, 1:1) nail olub.


Portuqaliyalı futbolçu “Old Trafford”da 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu, Brunonun Avroliqada penaltidən vurduğu 10-cu qoldur. Daha əvvəl heç kim Avroliqada məhz penaltidən 10 qol vurmağı bacarmamışdı.


Bruno Fernandes 2020-ci ilin yanvarından "qırmızı şeytanlar"ın formasını geyinir.