Qadın futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Yuri Krasnojan DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissə bizim üçün daha yaxşı alındı. İkinci hissədə isə çoxlu əvəzetmələr etdik. İlk oyunla müqayisədə bu dəfə daha çox qol vura bildik. Bu, Azərbaycan millisinin taktikanı dəyişməsi ilə əlaqədardır. Rəqib daha çox hücum futbolu oynadı və müdafiədə boşluqlar buraxdı. Ona görə də hücumda işimiz bir qədər asan oldu”.