Bu bölgə komandası olimpiya kompleksində oynamaqdan niyə narazıdır?
- 23 Noy 2023 14:00
- 538
II Liqa təmsilçisi "Kürmük" ev oyunlarının məkanını dəyişmək istəyir.
Rekord.az-a daxil olan məlumata görə, Qax təmsilçisi hazırda çıxış etdiyi olimpiya idman kompleksindən narazıdır.
Şəraitindən yox. Yerləşdiyi məkanın rayon mərkəzindən uzaq olmasından. Çünki bu səbəbdən komandanın ev oyunlarına çox az sayda azarkeş gəlir. Komanda rəhbərliyi PFL-ə müraciət edib 2024-cü ildən etibarən ev oyunlarını Qaxın mərkəzi stadionunda keçirmək istəyir.