"Sumqayıt"ın ekvadorlu futbolçusu Cordan Rezabala "Turan Tovuz"la oyun haqda fikirlərini bölüşüb.

Rekord.az-a ekslüziv açıqlamasında o, öncə oyun haqda danışıb: "Məncə, komandamız ikinci hissədə üstünlük qazandı. Bu mənada fasilədən sonra yaxşı oynadıq. Arzu olunan nəticəni əldə etməsək də, gələcəyə ümid baxımından yaxşı təəssüratla ayırıldıq. Ümid edirəm ki, qarşıdakı turlarda nəticələrimiz yaxşı olacaq".

Futbolçu matın 54-cü dəqiqədində rəqib oyunçu Kristian da Silvanın ona qarşı kobud oynadğı epizod haqda da fikirlərini bildirdi. Rezabala hakimin həmin epizodda kobud səhvə yol verdiyini düşünür: "VAR olan oyunda hakimin bu cür epizodu baxmaq üçün VAR-a getməməsi dəli işidir. Bu cür epizodlar fəri yoxdur, burda oldu, yaxud dünyanın istənilən yerində, birbaşa qırmızı vərəqə olmalıdır. Məncə, haqqında danışdığımız məsələ, ciddiyə alınmalı və tədbir görülməsi vacib məsələdir".