“Bu dəfə səhvlərə yol vermədik”
- 27 Sen 2023 11:30
- 370
Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan qarşılaşmasından sonra millimizin baş məqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı səfər qələbəsini belə şərh edib:
“Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. DÇ-nin seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik.
Oktyabr ayında bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki oyunda da uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik”.