Bu futbolçu "Karvan"da qalmayacaq
- 02 Yan 2024 13:00
- 959
I Liqa təmsilçisi "Karvan"ın heyətində diqqət çəkən oyun sərgiləyən Peters Kinqs bu gedişlə Yevlaxda qalmayacaq.
Rekord.az-a daxil olan məlumata görə, futbolçuya artıq Premyer Liqanın bir neçə klubu tərəfindən maraq var.
Azərbaycandan kənarda da futbolçu ilə maraqlanan klublar var. Əgər mövsümün sonunda "Karvan" Premyer Liqaya vəsiqə qazana bilməsə, Kinqsin bu komandada qalacağı inandırıcı görünmür.