1-ci liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya və  300 manat cərimə edilən Ruslan Voronsov klubdan göndərilib.

Rekord.az-a daxil olan məlumata görə, intizamsızlıq edərək yersiz qırmızı vərəqə və sanksiya alan futbolçunu baş məşqçi Kənan Kərimov bağışlayıb.

Çünki onsuz da futbolçu qıtlığı var və qışda keyfiyyətli futbolçu tapmaq, ümumiyyətlə, çətindir. Lakin futbolçunun hərəkətini klub rəhbərliyi bağışlamayıb və şəxsən klub prezidenti Şahmar Vəliyev Ruslanın bundan sonra "Karvan"da forma geyinməsinin mümkün olmayacağını bildirib.