"Turan Tovuz"a baş məşqçi təyin olunan Qurban Berdiyevin Tovuz klubuna gətirmək istədiyi bir neçə futbolçu olub.

Rekord.az xəbər verir ki, bunlardan biri də Araş Qadiridir.

Berdiyev bu futbolçunu "Traktorsazi"dən tanıyır və oyununa bələddi. Ona görə, rəhbərlikdən bu futbolçunun  transferini israrla istəyib. Rəhbərlik isə Araşla əlaqəyə keçib Berdiyevin təklifini ona çatdırıb. Təcrübəli məşqçinin "Turan Tovuz"da işlədiyini bilən 26 yaşlı müdafiəçi Azərbaycana gəlməyə razılıq verib.