Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya birinci və ikinci bundesliqası 2 aylıq fasilədən sonra bu gün davam etdiriləcək.

Rekord.az xəbər verir ki, birinci bundesliqada oyunlar 26-cı turdan bərpa olunur. Bu gün 6, sabah 2, mayın 18-də isə 1 oyun keçiriləcək. Oyunlar azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. 

Əlavə edək ki, "böyük beşlik" liqalarından çempionatı ilk bərpa edən Almaniya olur.  

16 may

17.30. “Leyptsiq” – “Frayburq”
17.30. “Auqsburq” – “Volfsburq”
17.30. “Hoffenhaym” – “Herta”
17.30. “Fortuna” – “Paderborn”
17.30. “Borussiya” (D) – “Şalke”
20.30. “Ayntraxt” – “Borussiya” (M)

17 may
17.30. “Köln” – “Mainz”
20.00. “Union Berlin” – “Bavariya”

18 may

22.30. “Verder” – “Bayer”

25 turdan sonra “Bavariya” 55 xalla birinci, “Borussiya” Dortmund 51 xalla ikinci, “Leyptsiq” 50 xalla üçüncü yeri tutur.