
Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq
- 11 Mar 2025 17:00
- 78
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.
Rekord.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.
Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.
Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.