Dünəndən bərpa olunan İspaniya La Liqasında 28-ci tur bu gün 4 oyunla davam etdiriləcək.

Rekord.az-ın xəbərinə görə, lider “Barselona” “Malyorka”nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Bu, martda koronavirusa görə dayandırılmış La Liqada “Barselona”nın (və digər komndaların) ilk matçı olacaq.

Kataloniyalıların ən yaxn izləyicisi olan “Real” isə sabah “Eybar”ı qəbul edəcək.

La Liqa, 28-ci tur

13 iyun

16:00. “Espanyol” – “Departivo”
19:00. “Selta” – “Vilyarreal”
21:30. “Leqanes” – “Real” Valyadolid

14 iyun

00:00. “Malyorka” – “Barselona”
16:00. “Atletik” – “Atletiko”
21:30. “Real” Madrid – “Eybar”

15 iyun
00:00. “Real” Sosyedad – “Osasuna”
21:30. “Levante” – “Sevilya”

16 iyun
00:00. “Real” Betis – “Qranada”
 
27 oyundan 58 xalı olan “Barselona” 1-ci, “Real” 56 xalla 2-ci, “Sevilya” 50 xalla 3-cü yeri tutur.