Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək. "Rekord.az" xəbər verir ki, komandamız Belçika yığmasının qonağı olacaq.

 

"Kinq Baudouin” stadionundakı matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

 

AÇ-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan
Baş hakim:
Gerqo Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”