“Sabah” Misli Premyer Liqasının 20-ci turunda bu gün “Sumqayıt”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Berezutski yaxşı oynadıqlarını bildirib:


“Bu gün çox danışmaq bizim üçün çətindir. Həqiqətən də, yaxşı oynadıq. Topa nəzarət edən tərəf bizi idik. Çoxlu qol şanslarımız oldu, qaçırdıq. Bu, futboldur.


Eniş o zaman ola bilər ki, sən yetərincə qol fürsətləri yarada bilmirsən. Amma biz bu gün çoxlu qol şansları yaratsaq da, fərqlənə bilmədik.


Yenə təkrar edirəm, oyunun üstünlüyü bizim tərəfimizdə idi. Cərimə meydançasında 5-6 qol fürsətimiz oldu, yararlana bilmədik. Çalışmağa davam etməliyik.


Yeni qapıçı formasını yığdıqdan sonra biz onu komandaya cəlb edəcəyik. Onu da bildirim ki, mən Yusifin çıxışından məmnunam”.