“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:

“Əncə komandamı təbrik etmək istəyirəm. Birinci hissə yaxşı keçdi. Təhlükəli hücumlarımız oldu. İkinci hissədə daha soyuqqanlı, daha yaxşı oynadıq. Nəticədə də uğurlu qələbə qazandıq. Oyunçularımız bu gün çox inamlı oynadılar. Düşünürdüm, həyəcanlı olacaqlar, ancaq daha soyuqqanlı çıxış etdilər. Rəqib komanda da yaxşı oynadı. Bizə həycanlı anlar yaşatdılar. Qarşıda daha gərgin oyunlar bizi gözləyir”.