“Bu gün hücumda və müdafiədə yaxşı oynadıq”
- 06 Fev 2025 23:00
- 34
"Neftçi"nın məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Sərhədçi" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Çox çətin oyun oldu. Sonuncu görüşdə məğlub olmuşduq. Odur ki, bu qələbə çox vacib idi. Müdafiədə yaxşı çıxış etsək və ötürmələrdə səhvə yol verməsək istənilən komandaya qalıb gələ bilərik. Bu gün elə də oldu. Rəqib komandanı 67 xalda saxladıq və 26 assistimiz var idi. Ümumiyyətlə, bu gün hücumda və müdafiədə yaxşı oynadıq. Komandamı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram”.
"Neftçi" - "Sərhədçi" qarşılaşması birincilərin 82:67 hesablı qələbəsi ilə yekunlaşıb.