“Bu gün iki xal itirdik” – Samir Abasov
- 28 Sen 2024 22:25
- 132
Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt” səfərdə “Neftçi” ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə bitən matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov hakimin idarəçiliyindən razı qalmadığını bildirib:
“Bir az məyusuq itirdiyimiz xallara görə. Ardıcıl məğlubiyyətlərdən sonra bu gün xallar qazanıb ayağa qalxa bilərdik. Hakimin idarəçiliyindən razı qalmadım. Əfsuslar olsun ki, rahatçılığa görə bu gün qalib gələ bilmədik. Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf olsun ki, bu gün üç xal qazana bilmədik. Mən də istəyirdim qələbə qazanıb üç xalı onlara hədiyyə edim. Alınmadı.
Dəfələrlə demişəm, yenə də deyirəm, bizdə fiziki baxımdan disbalans var. Söz verirəm ki, bunlar hamısı düzələcək. Bunlar yerinə otursun, hamısı qaydasına düşəcək.
Bu oyundan qabaq bizə ən çox motivasiya verən azarkeşlər idi. Niyə də mən “Neftçi”yə qarşı motivasiyalı olmayım? Bu gün uşaqların göstərdiyi ruhu çox bəyəndim. Təkcə “Neftçiyə qarşı deyil, bütün komandalara qarşı yaxşı hazırlaşmalıyıq. Biz bu gün ruhumuzu geri qaytarmalıyıq. Komandanın içərisində bəzi işlər görməliyik. Qışa kimi bunun öhdəsindən gələcəyik.
Hər iki komanda yaxşı günlər yaşamır. Autsayderlərin oyunu idi. Bu gün iki xal itirdik.
Klub prezidenti ilə aramızda hansısa bir narazılıq yoxdur”.