“Bu gün istədiyimiz kimi çıxış edə bilmədik” - Ayxan Abbasov
- 05 Okt 2024 20:40
- 156
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 9-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyunu belə şərh edib:
“Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə il azlıqda qaldıq. Rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq”.