Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Rekord.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda digər məsələlərlə yanaşı, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər ətrafında müzakirələr gedəcək. 

Hazırda bu posta 2 əsas namizəd var. Onlardan biri italiyalı Canni De Byazi, digəri isə irlandiyalı Roy Kindir. 3-cü və ehtiyat variant isə ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. Amma De Byazinin baş məşqçi təyin edilmə ehtimalının yüksək olduğu bildirilir.