Bu gün Premyer Liqa ilə bağlı videokonfrans olacaq
- 07 Dek 2020 11:30
- 579
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, AFFA-nın təşəbbüsü ilə bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
Rekord.az xəbər verir ki, iclas saat 15:00-da başlayacaq.