Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.


Futbolinfo.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.


Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.


Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.


Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.