![photo](https://www.rekord.az/storage/news/2025_02_11/az_1735193737_az_1698939033_0_liqa_yuksek_1739261566.jpg)
Bu gün Yüksək Liqada 9-cu turun oyunları keçiriləcək
- 12:31
- 40
Bu gün futzal üzrə Yüksək Liqada 9-cu turun oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, tTurun açılış matçında iki iddialı komanda üz-üzə gələcək.
"Araz-Naxçıvan" turnir cədvəlində özündən üst pillədə yer alan "Neftçi" İK ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasında I dövrədə keçirilmiş matçda "Neftçi" İK qələbə qazanıb. Lider isə autsayderlə gücünü sınayacaq. U-19 Azərbaycan kubokunda mübarizədən kənarlaşdırdığı "Şuşa" ilə üz-üzə gələcək.
Neftçi İK – Araz-Naxçıvan
11 fevral. Olimpik Star. Saat 14:00
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Yasamal Bakı – Baku Fire
11 fevral. Olimpik Star. Saat 16:00
Hakimlər: Hacıəli Ağayev, Hidayət Feyzullayev, Kənan Məlikov
Hakim-inspektor: Elçin Səmədli
U-19 – Şuşa
11 fevral. Olimpik Star. Saat 18:00
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Rza Məmmədov
Hakim-inspektor: Ramiz Əsədov