"Bu iki oyunda qalib gəlməyə çalışacağıq"
- 04 Sen 2022 20:08
- 406
Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi 4-cü turda Sloveniya ilə qarşılaşıb. "Rekord.az" xəbər verir ki, doğma meydanda baş tutan görüşdə yığmamız 1:3 hesabı ilə məğlub olub.
Oyundan sonra komandamızın aparıcı voleybolçularından olan toppaylayıcımız Kristina Besman federasiyanın mətbuat xidməti ilə fikirlərini bölüşüb:
"Bu oyun haqqında onu deye bilərəm ki, rəqib müdafiədə çox yaxşı oynadı, çox çətin topları götürdü. Hesab edirəm ki, bu da oyunun gedişinə öz təsirini göstərdi. Onlar özlərini daha inamlı hiss edirdilər. Elə anlar oldu ki, bizim oyunumuz istədiyimiz kimi alınmadı. İlk setdə biz oyuna yaxşı başlaya bilmədik. Buna səbəb kimi həyəcanlı olmağımızı və qarşımızda yetəri qədər yaxşı bir rəqibin olmasını deyə bilərəm. Rəqib bu matça çox ciddi hazırlaşmışdı. Düşünürəm ki, bu özünü IV setdə daha ciddi biruzə verdi. Onların müdafiədə və blokda təşkil olunan düzgün oyunu matçın gedişinə öz təsirini göstərdi.
Bizim səfərdə daha iki matçımız qalıb. Əlbəttə ki, biz çalışacağıq ki, bu oyunlarda ən yaxşı oyunumuzu oynayaq. Bütün gücümüzdən istifadə edərək bu iki oyunda qalib gəlməyə çalışacağıq".