Hazırda I liqanın vahud lideri olan "Qaradağ Lökbatan" mövsümü çempion kimi başa vursa da, Premyer Liqada oynamaq şansı çox-çox azdır.

Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, buna səbəb komandanın maddi-texniki bazasının olmamasıdır.

Komandanın ötən mövsümə kimi ev oyunlarını keçirdiyi Lökbatan Olimpiya İdman Kompleksi artıq tələblərə cavab vermir və PFL "Qaradağ Lökbatan"a orada oyun keçirməyə icazə vermir. Buna görə komanda başqa meydançadan icarə əsasında istifadə etməyə məcburdu. Lökbatandakı stadionun isə yaxın zamanlarda təmir olunacağı, yenilənəcəyi gözlənilmir. Bundan başqa, daxil olan başqa bir məlumata görə, AFFA gələn mövsüm elitaya bölgə komandasının vəsiqə qazanmasını istəyirş