Son günlər sosial şəbəkələrdə Region Liqasının Mərkəz zonasında mübarizə aparan “Ağsu Siti”nin çempionatda iştirakdan imtina etdiyi barədə xəbərlər paylaşılır.

 

Rekord.az xəbər verir ki, ağsuluların “feysbuk”dakı səhifəsində klub prezidenti Rəmzi Eminlinin açıqlaması yayılıb.

 

Rəmzi bəy rayonun İcra Hakimiyyəti tərəfindən heç bir kömək olunmadığını söyləməklə yanaşı, fəaliyyətlərini dayandıracaqlarını bildirib.