Amil Yunanovun "Kəpəz"dən getmə səbəbi məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi əslində ona yeni müqavilə təklif edib.

Lakin təklif olunan maaş çox aşağı olduğu üçün futbolçu bunu qəbul etməyib. Deyilənə görə, klubun Yunanova təklif etdiyi aylıq maaş 2 min manat olub. Futbolçu isə bundan dərhal imtina edib.