“ASK Arena”nın 4-cü meydançasının vəziyyəti dözülməzdi.

Rekord.az-a daxil olan məlumata görə, uzun müddətdir istifadə olunan süni örtük artıq tamamilə sıradan çıxıb.

Örtüyün qara rezin dənəcikləri bütün meydançaya səpələnib. Daxil olan məlumata görə, sanitar qovşaqlar və duşxanalar da yaxşı vəziyyətdə deyil. Hətta uşaqlar yuyunmağa su da tapmır. Lakin bütün bunlara baxmayaraq, AFFA sözügedən meydançaya uşaq liqalarının oyunlarını təyin edir. Bu isə orada oynayan komandalar tərəfindən narazılıqla qarşılanır.