“Bu mövsüm daha çox güc sərf etməli olacağıq” – Qurban Qurbanov
- 14 Sen 2024 22:30
- 150
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyun (2:1) haqda danışıb.
Rekord.az xəbər verir ki, o, oyunu belə şərh edib:
“Komandamı təbrik edirəm. Çox əziyyət çəkdik. Komanda bir müddət idi ki, tam heyətlə məşq etmirdi. Bu, meydançada hiss olunurdu. Qarşımızda da çox yaxşı kollektiv var idi. Rəqib yaxşı müdafiə olundu. Komandamı vacib qabiliyyət münasibətilə təbrik edirəm.
AFFA İcraiyyə Komitəsinin iclasında futbol ilə bağlı ümumi müzakirələr gedir. Bizim müzakirələrimiz hər zaman cəm halında gedir. Ümumən starategiyanı yaxşılaşdırmaq üçün şirkətlər işə qarışıb. Onların fikirləri çox önəmli olacaq. Çünki onlar bir çox Avropa futbol komandalarında təcrübə aparıblar. Yeni müqavilələr imzalanıb.
Zədəli furbolçular olduqda bizim üçün problem olur. İnşallah, hər kəs sağlam olar. Belə, komandada problem görmürəm. Düşünürəm ki, bu mövsüm daha çox güc sərf etməli olacağıq. Çünki bu il Premyer Liqada komandalar qarşılarına ciddi məqsəd qoyublar. Eyni zamanda milli komandamızın da oyunları var. Futbolçular həm orada, həm də çempionatda mübarizə aparmalı olacaqlar. Bu, daha çox güc tələb edəcək”.
Baş məşqçi eyni zamanda millinin son iki oyunu haqda danışıb:
“Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Santuş da çox təcrübəli məşqçidir. Yalnız iki oyuna görə fikir bildirmək düzgün olmaz”.