
“Bu mövsüm yaxşı işlər gördük” - “Gəncə”nin baş məşqçisi
- 13 Apr 2025 19:00
- 94
“Bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə məncə, yaxşı işlər gördük”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının pley-in mərhələsindəki ikinci görüşdə də “Lənkəran”ı məğlub edən “Gəncə”nin baş məşqçisi Halil Atlı deyib.
Mütəxəssis “Lənkəran”la oyunu dəyərləndirib:
"Komandamı təbrik edirəm. Bu mövsüm yaxşı kollektiv qurduğumuzu fikirləşirəm. Bura gələndə ilk hədəfim "Gəncə"ni təkrar pley-offlara daşımaq idi. Azərbaycan Kubokunda final oynadıq. İndi də çempionatda həlledici mərhələyə vəsiqə qazandıq. Bunu gəncəlilərə həsr edirik. Bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə məncə, yaxşı işlər gördük. Oyunçularımın hamısına bir-bir təşəkkür edirəm. Addım-addım irəliləyib əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Növbəti rəqibimizə qarşı oyunlara köklənirik. Azarkeşlərimizə də səslənirəm. Onların dəstəyi bizi həm xoşbəxt edir, həm də güc verir. İşin ən önəmli hissəsinə gəldik. Fanatların dəstəyinə hər zamankından daha çox indi ehtiyac olacaq. Onları oyunlarımızda görmək istəyirik. Hər şeyə görə azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, “Gəncə” klubu Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Lənkəran”a qarşı keçirdiyi hər iki görüşdə (96:92, 100:74) qələbə qazanaraq 1/4 finala adını yazdırıb.