Bu ölkədə çempionatın taleyinə mayın 4-də aydınlıq gələcək
- 27 Apr 2020 11:20
- 625
Belçika Futbol Federasiyası bu ölkənin çempionatı ilə bağlı yekun qərarını mayın 4-də açıqlayacaq.
Rekord.az TMW-yə istinadən xəbər verir ki, həmin gün ölkə birinciliyində 2019/20 mövsümü ləğv oluna bilər.
Qonşu Niderlandda olduğu kimi, Belçikada da ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar sərt karantin qərarları qəbul edib. Bu üzdən milli çempionatın davam etdirilməsi mümkünsüz görünür.