Bu ölkədə elitanı 5 il heç bir klub tərk etməyəcək
- 19 Apr 2020 11:33
- 714
Meksikada futbol üzrə əsas və ikinci liqalarla bağlı mühüm qərar qəbul olunub.
Rekord.az xəbər verir ki, sözügedən çempionatlarda klubların qarşıdakı 5 mövsüm ərzində aşağı liqaya göndərilməməsinə qərar verilib.
Bu barədə liqanın prezideti Enrike Bonilya məlumat verib. O bildirib ki, elitadakı 18 klub prezidentinin iştirakı ilə videokonfrans keçirilib. Klublar koronavirus səbəbindən maliyyə problemi yaşadığı üçün videokonfranda 5 mövsüm ərzində hazırkı komandaların əsas liqada qalmasına qərar verilib.
Bonilya bu qərarla öncədən razılaşan və vəzifəsi yaxşı gənc oyunçuları üzə çıxarmaq olacaq ikinci liqa klublarına isə qarşıdakı 5 il ərzində hər mövsüm üçün 845 min dollar köməklik ediləcəyini vurğulayıb.
O, eyni zamanda koronavirus səbəbindən ikinci liqada 2019/20 mövsümünün ləğvinə qərar verildiyini və çempionun elan edilməyəcəyini açıqlayıb. Sözügedən çempionatda cari mövsümün cəmi 8 turu geridə qalmışdı. Meksikanın əsas futbol liqasında isə 10 tur oynanılıb.