Avstriyada futbol klublarının aprelin 20-dən etibarən məşqlərə başlamasına icazə verib.

Rekord.az xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, belə bir icazə oyunçuların çempionat matçlarına hazırlaşmaları üçün verilib. Amma Avstriya çempionatının nə vaxt bərpa olunacağı hələ bəlli deyil. Sadəcə, oyunların azarkeşsiz keçiriləcəyi vurğulanıb.

Məşqlər bərpa olunandan sonra futbolçuların yoxlanılması da nəzərdə tutulub.