“Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandı bunu gözləyirdim.

- Sanki bu qələbənin memarı Ramin Quliyev idi.
- Hazırlıq planı həftənin əvvəlində Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq.

- Protokolda baş məşqçi siz göstərilsəz də, kənarda oyunu idarə edən İqor Ponomaryov idi.
- Ponomaryov klubun idman direktorudur. O, komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır. (komanda.az)