"Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır".

Rekord.az xəbər verir ki, "Vecernji" nəşrinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" komandasının baş məşqçisi Sergey Yakiroviç "Varajdin"lə heç-heçə (1:1) etdikləri 14-cü turun oyunundan sonra deyib.

46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib: "Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən".

"Varajdin"lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+4-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.