Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərəyə 1:5 hesabı ilə uduzduqları oyunu şərh edib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:

"Güclü komandaya qarşı oynadıq. Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq. İndividual keyfiyyətləri olan futbolçulara qarşı oynadıq. Futbolçularımızdan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər, lakin təəssüf ki, böyük hesabla məğlub olduq".