“Bu sınaqdan da üzüağ çıxdım” - Avropa çempionu olan Məmmədov
- 14 Fev 2024 20:34
- 292
“Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım”.
Rekord.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Murad Məmmədov (63 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
İdmançı yanvarda Xorvatiyada baş tutmuş yarışda qolundan zədələndiyini xatırladıb: "O qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdilər. Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticə ilə Avropa çempionatında medal kolleksiyamı tamamladım".