Bu stadion gələn ildən bağlanacaq
- 25 Noy 2023 12:00
- 485
Binə stadionu gələn ildən təmirə bağlanacaq.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb arenanın, xüsusilə də süni örtüklü qazonun istismar müddətinin başa çatmasıdır.
Böyük ehtimalla PFL də gələn mövsümdən bu stadionda oyunların keçirilməsinə icazə verməyəcək. Bu isə o deməkdir ki, ev oyunlarını burada keçirən komandalar özlərinə yeni stadion tapmalı olacaq.