I Divizionun əzmkar komandalarından olan "Zaqatala" yeni mövsümdə də çempionluq üçün mübarizə aparmayacaq. 

 

Rekord.az xəbər verir ki, rəhbrəlik komandanın qarşısına heç bir hədəf qoymayıb.

 

Əsas hədəf sadəcə, iştirakdı. Qarşıya konkret hədəf qoyulmaması büdcə ilə bağlıdır. AFFA komandaya 150 min manatlıq illik büdcə ayırıb ki, bununla da mövsüm boyu komanda saxlamaq çox çətindir. Bu səbəbdən nə kənardan güclü futbolçu transfer etmək olur, nə də öz heyətində seçilən futbolçuları əldə saxlamaq. Aldığımız məlumata görə, heyətlə bağlı sıxıntını həll etmək üçün komandaya 15-16 yaşlı yerli futbolçular da cəlb olunub.