"Yuventus"dan ayrılan qapıçı Canluici Buffonun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qolkiperin "Parma"ya keçidi rəsmiləşib.

Klub təcrübəli oyunçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"da gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub.

2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.