"Yuventus"un qapıçısı Canluici Buffonla avtoqraf istəyən asiyalı azarkeşlə Koronavirusla bağlı zarafat edib.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu, ölkə kubokunun yarımfinalında "Milan"la oyundan (1:1) sonra baş verib. Buffon imza atarkən  azarkeşdən "Mən səni izləyirəm. Korona? Sən Uhandansan?" deyə gülərək soruşub.

Xatırladaq ki, KoronavirUs ilk dəfə Çinin Uhan vilayətində aşkarlanıb. Bu səbəbdən şəhərə giriş-çıxış bağlanıb.