Buffonla Sarri A Seriyasının tarixinə düşdü
- 27 İyl 2020 20:00
- 593
Futbol üzrə İtaliya A Seriyasının 36-cı turu çərçivəsində “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələn “Yuventus” çempionluğunu rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Turin klubunun qapıçısı Canluici Buffonla baş məşqçi Mauritsio Sarri isə çempionatın tarixinə düşüb.
Belə ki, 42 yaşlı qolkiper İtaliya A Seriyası çempionluğunu 10 dəfə qazanan ilk futbolçu olub. O, 2001/02, 2002/03, 2011/12, 2012/13, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20-ci il mövsümlərində “Yuventus”un heyətində çempion olub.
Sarri isə A Seriyası tarixinə çempion olan ən yaşlı baş məşqçi kimi düşüb. O, 61 yaş 198 günlüyündə bu nailiyyətə imza atıb.
Qeyd edək ki, bu, “Yuventus”un ardıcıl 9-cu, ümumilikdə 36-cı çempionluğu olub.