Bugün millimizlə qarşılaşacaq futbolçu: "Bizim üçün ciddi rəqibdi"
- 08 Okt 2020 15:15
- 600
U-21 millimiz Avropa çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində Slovakiya ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bugün Nitra şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Niderlandın "Qroningen" klubunda çıxış edən 18 yaşlı hücumçu Tomaş Suslov meydana qələbə üçün çıxacaqlarını bildirib: "Hazırda yalnız Azərbaycanla oyuna köklənmişəm.
Bu komanda bizim üçün ciddi rəqibdi. Hələlik Fransa haqqında düşünmürük. Qalib gəlsək, bu, bizim üçün yaxşı motivasiya olar. Qol vurmaqla komandama kömək etmək istəyirəm. Bu halda Fransaya qarşı da yüksək səviyyədə oynaya bilərəm".