Bülent Korkmazı Bakıya gətirən tovuzlu iş adamı: kaş ki "Turan"a sahib çıxaydı
- 28 Noy 2019 15:00
- 1633
"Bakı"nın keçmiş baş məşqçisi Bülənt Korkmazı Bakıya gətirən iş adamının kimliyi müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Qalatasaray"ın əfsanəvi kapitanı Fikrət bəy adlı biznesmenin dəvəti ilə paytaxtımıza təşrif buyurub.
Adıçəkilən şəxs əslən tovuzludur və Türkiyədə qızıl sektoru üzrə fəaliyyət göstərir. Onun qardaş ölkədə bir neçə zavod və fabrikinin olduğu bildirilir.
Korkmaz və xanımı iş adamının qızının toyunda iştirak edib. Onların münasibəti İstanbulda yaranıb - qonşuluq dostluğa çevrilib. (sportinfo.az)
QEYD: Bu anda adamın yadına bir vaxtların əzəmətli "Turan"ı düşür. Hansı ki hazırda AFFA-nın əlinə baxır və həmin əzəmətdən əsər-əlamət qalmayıb. Kaş ki Fikrət bəy də bundan məlumatlı olub doğma rayonunun komandasına sahib çıxaydı.