“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 2:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov futbolçularına təşəkkür edib:

“Bizi çətin oyun gözlədiyini bilirdik. Futbolçularıma təşəkkür düşür, ilk 15 dəqiqədə möhtəşəm pərformans göstərdilər. Ümumi olaraq, maraqlı oyun alındı. Bundan sonra daha çətin olacaq, millinin fasiləsinə qədər iki gərgin oyun keçirəcəyik”.