Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya bundesliqası 2 aylıq fasilədən sonra bu gün davam etdirilib.

Rekord.az xəbər verir ki, oyunlar 26-cı turdan bərpa olunub. Bu gün nəzərdə tutulan 6 matçdan 5-i başa çatıb. Qarşılaşmalar azarkeşlərin iştirakı olmadan təşkil edilib .

Əlavə edək ki, "böyük beşlik" liqalarından çempionatı ilk bərpa edən Almaniya olub. 

16 may

17.30. “Leyptsiq” – “Frayburq” - 1:1
Qollar
: Qulde, 34 (0:1), Poulsen, 77 (1:1)

17.30. “Auqsburq” – “Volfsburq” - 1:2
Qollar:
 Steffen, 43 (0:1), Yedvay, 54 (1:1), Qinçek, 90 (1:2)

17.30. “Hoffenhaym” – “Herta” - 0:3
Qollar:
 Akpoquma, 58-avtoqol, İbişeviç, 60, Kunya, 74

17.30. “Fortuna” – “Paderborn” - 0:0

17.30. “Borussiya” (D) – “Şalke” - 4:0
Qollar: 
Holand, 29, Qerreyro, 45, 63, Hazard, 49

20.30. “Ayntraxt” – “Borussiya” (M) 1:3

Qollar: Plea, 1 (0:1), Thuram, 8 (0:2), Bensebaini, 73-pen (0:3), Silva, 81 (1:3)

 

17 may

17.30. “Köln” – “Mainz”
20.00. “Union Berlin” – “Bavariya”

18 may

22.30. “Verder” – “Bayer”

25 turdan sonra “Bavariya” 55 xalla birinci, “Borussiya” Dortmund 54 xalla ikinci, “Leyptsiq” 51 xalla üçüncü yeri tutur.