“Bayer”in futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.


Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu barədə "Kicker"ə açıqlamasında bildirib.


O, məsələ ilə bağlı rəhbərliyin məlumatlı olduğunu söyləyib.


2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən oyunçu ötən mövsüm komanda ilə Bundesliqada çempion olub. O, cari mövsüm bütün turnirlərdə "Bayer" forması ilə 45 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.