Almaniyanın “Maynts” klubu baş məşqçisi Axim Beyerlorzerlə yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

53 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarıb. Mövsümün sonuna qədər komandaya Beyerlorzerin köməkçisi Yan-Morits Lixte rəhbərlik edəcək.

Qeyd edək ki, "Maynts" ilk turda “Leyptsiq”ə 1:3, növbəti oyunda isə "Ştutqart"a 1:4 hesabı ilə uduzub.

Ötən gün digər Bundesliqa təmsilçisi "Şalke" də baş məşqçisi David Vaqneri istefaya göndərdiyini açıqlamışdı.