Bundesliqa klubu baş məşqçisini qovdu!
- 28 Fev 2021 21:31
- 681
Almaniyanın “Şalke” klubunun baş məşqçisi istefaya göndərilib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli baş məşqçi Kristian Qrossla yollarını ayırıb.
Buna komandanın Bundesliqanın son turunda “Ştutqart”a 1:5 hesabı ilə məğlub olması səbəb olub. Qrossdan başqa, klubun meneceri Joken Şneyder və menecer Saşa Rither də istefaya göndərilib.
“Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplayaraq, son sırada qərarlaşıb.