Almaniyanın "Köln" klubu baş məşqçisi Şteffen Baumqartla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Köln" hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb.

Baumqart 2021-ci ildən "Köln"ü çalışdırırdı.